Jan-Şarl Luperto - Gürcüstanın Frankofoniya Parlament Assambleyasına üzv olmağına dair qərar təhlilimizə əsaslanırdı, mövqeyimizi demokratiya nöqteyi-nəzərdən bildirmişik
Gürcüstanın Frankofoniya Parlament Assambleyasına üzv olmağına dair qərar Gürcüstanla bağlı apardığımız təhlilə əsaslanıb-bu barədə Belçika Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri Jan-Şarl Luperto Frankofoniya Parlament Assambleyasının 35-ci regional toplantısının keçirildiyi Afinada açıqlayıb.
O, mövqelərini insan haqları və demokratiya nöqteyi-nəzərdən bildirdiklərini deyib.
“Gürcüstanda keçirilən Frankofoniya Parlament Assambleyası çərçivəsində Gürcüstan təşkilatın assosiativ üzvü olub. Biz tərəfdaşlarımızla birlikdə ölkənizlə sıx koordinasiyadayıq, onun bizim böyük ailəmizə qoşulmaq qərarı təqdirə layiqdir və bu qərar Gürcüstanla bağlı təhlilimizə əsaslanır. Biz insan haqları və demokratiya nöqteyi-nəzərdən mövqeyimizi bildirmişik. Gürcüstan, Moldova, Ukraynanın yerləşdiyi regiondakı geosiyasi vəziyyəti nəzərə alaraq, frankofoniyanın mövcud çağırışlara cavab verməsi labüddür”- Jan-Şarl Luperto açıqlayıb.