Avrokomisiyanın prezidenti Vladimir Putinin prezident seçilməsi ilə təbrik etdi.
Jan-Klod Yunker tərəfindən yayılan məlumatda deyilir ki, Avropa İttifaqı və Rusiyanın müsbət münasibətləri kontinentin təhlükəsizliyi üçün zəruridir.
“Bizim məqsədimiz əməkdaşlağa dayanan münasibətlərin qurulması və ümumi Avropa nizam-intizamının bərpasıdır. Ümid edirəm ki, növbəti dörd illik prezidentlik müddətinizi məhz belə bir əməkdaşlıq üçün istifadə edəcəkdiniz. Sizə vəzifənizdə müvəffəqiyyətlər arzulayıram” – yazır Jan Klod Yunker.
Vladimir Putin Rusiyanın prezidenti vəzifəsinə dördüncü dəfə seçildi.
Putin seçicilərin 76,6 faizindən dəstək aldı.
2012-ci illərlə müqayisədə, onu 13 faizlə daha çox insan dəstəklədi.