Jan Klod Yunker - Həbs etdiyi jurnalistləri azad edənə qədər Türkiyə Avropa İttifaqına yaxın gələ bilməz
“Həbs etdiyi jurnalistləri azad edənə qədər Türkiyə Avropa İttifaqına yaxın gələ bilməz” – bu bəyanatı Avrokomissiyanın prezidenti Jan-Klod Yunker verdi.
“Düşünürəm ki, Türkiyə ilə münasibətlər bütün Avropa İttifaqı üçün önəmlidir, ancaq xatırlatmaq istəyirəm ki, Türkiyə böyük addımlarla Avropa ambisiyalarından uzaqlaşır. Görək yaxın gələcəkdə bu ölkə hansı tərəqqiyə nail olacaq. Məncə, türk jurnalistlərinin əksəriyyəti həbsdə olduğu müddətdə heç bir tərəqqi haqqında söz edilə bilməz” – dedi Jan-Klod Yunker.
Türkiyə və Avropa İttifaqı arasındaki münasibətlər 2016-cı ildə, müvəffəqiyyətsiz olan hərbi çevriliş nəticəsində aparılan kütləvi həbs etmələrdən sonra gərginləşdi.
Avropa İttifaqı Türkiyəyi qəbul etmək üçün qoyduğu addımları dayandırdı.