Jan Klod Yunker - Gürcüstan nə qədər çox islahat həyata keçirirsə, bizim o qədər çox dəstəyimizi alır
Jan Klod Yunker - Gürcüstan nə qədər çox islahat həyata keçirirsə, bizim o qədər çox dəstəyimizi alır

Gürcüstanın Avropa İttifaqı ilə inteqrasiyanın dərinləşməsi üçün hazırlığı, irəli atılmış bir addımdır.  Gürcüstan nə qədər çox islahat həyata keçirirsə, bizim o qədər çox dəstəyimizi alır, – bu barədə bəyanatı Avrokomisiyanın prezidenti Jan Klod Yunker Brüsseldə, 2018-ci ilin hərəkat planı və maliyyə dəstəyi proqramı haqqında razılaşmanın formalaşdırılması zamanı verdi.

Sənədi Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani və Avropa İttifaqının genişlənməsi və qonşuluq siyasəti məsələləri üzrə avrokomissarı Yohannes Han imzaladılar.

Jan Klod Yunker qeyd etdi ki, bugünki görüş, Gürcüstan üçün NATO ilə partnyorluğun nə qədər vacib olduğunu təsdiqlədi.

Onun dediyinə görə, Gürcüstan üçün 2014-cü ildən verilən maliyyə yardımının həcmi 519 milyon avro təşkil edir.