Türkiyə prezidenti bir həftə ərzində artıq ikinci dəfə bəyan edir ki, Suriyanın şimalında ölkənin “Yefrat qalxanı” əməliyyatını bərpa etməsi mümkündür. Bu barədə bəyanatı Rəcəb Tayyib Ərdoğan bu dəfə Tokat vilayətində, tərəfdarları ilə görüşü zamanı nitqlə çıxış edərkən bəyan etdi.
“İnşallah, yaxın günlərdə Afrində “Yefrat qalxanı” əməliyyatının bərpası məqsədi ilə ilk addımları atacağıq. Bunların hamısı onun üçün edilir ki, cənubumuz terrorçulardan müdafiə olunmuş olsun. Oraya, xəbərdarlıq vermədən daxil olmamız mümkündür”, – Rəcəb Tayyib Ərdoğan bəyan etdi.
Türkiyə prezidenti beynəlxalq ictimaiyyəti, bölgədə təhlükəsizliyin qorunub saxlanılmasında dəstək olmasına çağırdı.