Əks-terror əməliyyatı zamanı zədələnmiş korpusun yoxlanılmasına bu gün başlanıldı
Əks-terror əməliyyatı zamanı zədələnmiş korpusun yoxlanılmasına bu gün başlanıldı

Tbilisidə Beri Salosi küçəsində əks-terror əməliyyatı zamanı zədələnmiş korpusun yoxlanılmasına bu gün başlanıldı.

Birinci Kanalın jurnalistinin verdiyi məlumata görə, istintaq orqanları işlərini başa çatdırdılar, bundan sonra binalara təmizləmə xidməti daxil oldu və zədələnmiş yaşayış evlərini təmizlədi.

Hadisə yerinə Tbilisi Meriyası laboratoriyasının nümayəndələri getdilər və vətəndaşların binaya daxil olması üçün nə qədər təhlükəsiz olduğunu yoxlayırlar.

Beri Qabriel Salosi küçəsində əks-terror əməliyyatı noyabrın 22-də, DTX-nin əks-terror departamenti həyata keçirdi.

Rəsmi məlumata görə, ün nəfər məhv edilib, onlardan biri Ahmed Çatayevdir.Əməliyyat zamanı DTX-nin bir əməkdaşı həlak oldu.