Əhalidən məbləğ toplayan şirkətlər artıq Milli Bankın tabeliyində olacaqlar
Əgər şirkət, müəssisə və yaxud hüquqi şəxs Milli Bankda, mikro-maliyyə və ya kredit cəmiyyəti olaraq, qeydiyyatdan keçməyibsə, onun əhalidən məbləğ yığmaq səlahiyyəti olmayacaq və belə bir fəaliyyət qanun pozuntusu hesab ediləcək.
Bu barədə bəyanatı Milli Bankın vitse-prezidenti Murtaz Kikoria “Moambe” ilə müsahibə zamanı verdi.
Söhbət “Gürcüstanın Milli Bankı haqqında orqan qanununa” daxil edilən yeni requlyasiyalardan gedir, hansına əsasən, 2018-ci ilin martın 11-dən, istehlakçı subyektlərlə və ya bir-biri ilə bağlı olan şəxslər qrupu üçün, 20-dən artıq fiziki şəxsin pulunun yığması və dövriyyəyə salınması qadağan edilir.
Murtaz Kikorianın dediyinə görə, bu yenilik əhalinin mıbləğinin maliyyə sektorunda daxil edilməsinin daha təhlükəsiz olması üçün gərəkdir.