Əfqanistanın Farah əyalətində "Taliban" qruplaşmasının üzvlərinin hüquqmühafizəçilərə hücümu nəticəsində üç polis həlak oldu
Əfqanistanın Farah əyalətində, nəzarət-keçid məntəqəsində, “Taliban”-ın üzvləri hüquqmühafizəçilərə hücum etdilər. Hadisə nəticəsində üç polis öldü.
Yerli iqtidar nümayəndələrinin verdiyi məlumata görə, hücumda 80-ə qədər talib iştirak edirdi.
Hadisə yerində xüsusi təyinat dəstələrinin mobilizasiyası elan edildi.
Paralel olaraq, isə, eyni yerdə partlayış baş verdi və ən az iki nəfər həlak oldu.
Ölənlər arasında az yaşlı uşaq və qadın var.
Hüquqmühafizəçilərin məlumatına görə, teror aktı məsciddə planlaşdırılırdı, ancaq, partlayıcı qurğu zamanından tez partladı.