Əfqanıstanda BBC və Reuters-in yerli müxbirlərini öldürdülər. Ahmad Şaha Xost şəhərində, avtomobil ilə hərəkət edərkən atış açdılar.
Ahmad Şah bu gün Əfqanıstanda hücuma qurban olan 10-cu jurnalistdir. Medianın 9 nümayəndəsi, o cümlədən France-Presse və Azadlıq Radiosunun müxbiri, Kabildə intiharçı terrorçu tərəfindən təşkil edilən terror aktı nəticəsində həlak oldu.