Əfqanistan prezidenti talibanlara qarşı xüsusi əməliyyatın yeniləndirilməsi haqqında əmr verdi
Əfqanistan prezidenti Əşrəf Ğani talibanlara qarşı xüsusi əməliyyatın yeniləndirilməsi haqqında əmr verdi.
Rəsmi Kabulun məlumatına görə, terorist qruplaşması Talibanla qoyulan 10 gün atəşkəs haqqında razılaşma, hansı ki, Ramazan bayramı ilə bağlı idi, başa çatdı.
Prezident əsgərlərə müraciət etdi ki, talibanlara qarşı hərbi hərəkətlərə davam etsinlər.
Prezident Əşrəf Ğani bəyan etdi ki, Taliban “İslam dövləti” kimi bir qruplaşmadır, hansı ilə uzun müddətli atəşkəs razılaşmasının qoyulması mümkün deyil.
Taliban qruplaşması Əfqanistanı 40 ildir teror edir.
Onların Əfqanistandaki idarəçilik dövrünü (1996-2001) Amerika Birləşmiş Ştatlarının intervensiya qüvvələri başa çatdırmışdı. Ondan sonra, teror qruplaşmasının törətdiləri cinayətlər Əfqanistanda və Pakistanda davam edir.