Əfqanistan prezidenti "Talibanın" siyasi qrup olaraq tanınması təşəbbüsünü irəli sürdü
Əfqanistan prezidenti Əşrəf Qani radikal hərəkat “Talibanın” siyasi qrup olaraq tanınması təşəbbüsünü irəli sürdü.
Bu bəyanatı Əfqanistan prezidenti 16 illik müharibənin sülh yolu ilə başa çatdırılması ilə bağlı danışıqlara aid olan beynəlxalq konfransda verdi.
Konfransda 25 ölkənin nümayəndələri iştirak edirdilər.
Prezident Talibanlardan atəşkəs tələb edir, əvəzinə isə, məhbuslarını azad edib, onları ictimaiyyətə reinteqrasiya perspektivləri ilə bərabər, qara siyahıdan çıxardmağı təklif edir.
Əşrəf Qani həmçinin, konstitusiya dəyişikliklərindən də söz etdi.
“İqtidar talibanlara sülh danışıqlarını təklif edir” – dedi prezident.
Qeyd edək ki, son günlərdə, Əfqanistanda talibanların böyük şəhərlərə etdiyi hücüm saylarının artması ilə bərabər, vəziyyət ciddi dərəcədə gərginləşdi.