Əfqan Muxtarlıyı iki günlüyünə həbsdən azad etdilər
Əfqan Muxtarlıyı iki günlüyünə həbsdən azad etdilər

Azərbaycanın penitensiar xidməti təsdiqləyir ki, Əfqan Muxtarlı yaxın qohumlarının vəfatı ilə bağlı müvəqqəti olaraq, həbsdən azad edildi.

Bu haqda məlumatı Haqqin.az yayır.

Azərbaycanın Ədliyyə Nazirliyinin penitensiar xidmətində bəyan edirlər ki, humanizm prinsiplərindən irəli gələrək, Əfqan Muxtarlıya Zaqatalaya qohumlarının dəfn mərasiminə getmək üçün icazə verildi.

Azərbaycanlı jurnalist Xədicə İsmayılova yazır ki, Əfqan Muxtarlı ailəsi ilə bir gün keçirə biləcək.

Əfqan Muxtarlının bacısının, bacısı qızının və qardaşı oğlunun öldükləri barədə məlumat dekabr ayında yayıldı. 

Azərbaycan medyası yazırdı ki, onların ölüm səbəbi qazın sızması oldu.