Əfqan Muxtarlının işi ilə bağlı Azərbaycana göndərilən tələb ilə bağlı cavab gəlməyib
Əfqan Muxtarlının işi ilə bağlı Azərbaycana göndərilən tələb ilə bağlı cavab gəlməyib

“Əfqan Muxtarlının işi ilə bağlı Azərbaycana göndərilən tələb ilə bağlı, azərbaycanın kompetent orqanlarından hələ də cavab almamışıq”, – bu barədə bəyanatı Gürcüstanın baş prokuroru İrakli Şotadze verdi.

Onun dediyinə görə, gürcü tərəfi gərəkən bütün istintaq işlərini həyata keçirdi.

“Mən deyə bilərəm ki, bu məsələ ilə bağlı Gürcüstanda onlarla istintaq prosedurları həyata keçirildi və Gürcüstan əlindən gələni etdi. Azərbaycanın müvafiq kompetent orqanlarına tələb göndərmişik və Əfqan Muxtarlının sorğulanmasını tələb edirik. Həmçinin, Azərbaycan məhkəməsi tərəfindən Əfqan Muxtarlıya verilən qərarı öyrənmək istəyirik.

Hal-hazırda göndərdiyimiz heç bir məsələ ilə bağlı cavab ala bilməmişik” – dedi İrakli Şotadze.