Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində həlak olanların sayı 111-ə qədər artdı.
Bu haqda məlumatı Anadolu agentliyi, Türkiyənin faciələrə təcili reaksiya agentliyinə istinadən yayır.
Zəlzələ nəticəsində 1000 nəfər zərər görüb. Onlardan 137-si hələdə xəstəxanada müalicə görür.
Təbii fəlakət zonasında bu vaxta qədər xilas edicilər tərəfindən axtarış işləri aparılır.
Dağıntılar altından 100 nəfər çıxardıldı.
Türkiyənin İzmir şəhərinin qərb hissəsində 6.9 maqnitudalı zəlzələ oktyabrın 30-da baş verdi. Zəlzələnin təkanları 100-lərlə dəfə təkrar etdi.