İyunun 28-29-da yolun Xaşuri-Atsğuri hissəsində bəzi avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
İyunun 28-29-da yolun Xaşuri-Atsğuri hissəsində bəzi avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

 

Beynəlxalq əhəmiyyətli Xaşuri-Axaltsixe-Vale avtomobil yolunun 13 km-17 km və 24 km-25 km hissələrində yolun yenidənqurma işləri aparılır. Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayır.

“Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, 2023-cü ilin 28 və 29 iyun tarixlərində saat 08:00-dan 19:00-dək avtomobil yolunun 1 km -50 km (Xaşuri-Atsğuri) hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.

Sutkanın qalan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

Magistral yolun 51 km -97 km (Atsğuri-Vale) hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir” – deyə qurumun məlumatında deyilir.