İyunun 21-dən iyulun 31-i də daxil olmaqla gecə saatlarında Zahesi-Nataxtari hissəsində yol təmiri işləri aparılacaq
İyunun 21-dən iyulun 31-i də daxil olmaqla gecə saatlarında Zahesi-Nataxtari hissəsində yol təmiri işləri aparılacaq

 

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin yaydığı məlumata əsasən iyunun 21-dən iyulun 31-i də daxil olmaqla beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun Zahesi-Nataxtari (17km -27km ) hissəsində vaxtaşırı təmir işlərinin aparılması planlaşdırılır. İşlər əsasən gecə saat 00:00-dan 07:00-dək aparılacaq.

“Zahesi-Nataxtari hissəsində yolun hərəkət hissəsinin asfalt-beton örtüyündə çoxsaylı çatlar əmələ gəlib, deformasiyalar qeydə alınır, tez-tez çuxurların yaranması hallarına rast gəlinir, bu səbəbdən yolda rahat hərəkət etmək olmur. Zədələnmiş hissələrin təmiri və yolda nəqliyyatın təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi üçün müvafiq işlər aparılacaq.

Yolun hərəkət hissəsinin asfalt-beton örtük qatı bərpa olunacaq, dayaq divarları qaydasına salınacaq, hərəkətin tənzimlənməsi üçün texniki vasitələr yerləşdiriləcək, yolun üfüqi nişanlanması işləri aparılacaq, yeni istiqamətləndirici dirəklər düzüləcək.

Birinci mərhələdə Tbilisi-Senaki-Leselidze avtomobil yolunun sağ istiqamətində işlər aparılacaq.

Gürcüstanın Avtomobil Yolları Departamenti hərəkətin məhdudlaşdırılması ilə əlaqədar yaranan narahatlığa görə yoldan istifadə edənlərdən üzr istəyir”- deyə məlumatda qeyd olunur.