İyunun 21, 22 və 23-də Lisi gölünün yaxınlığında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
İyunun 21, 22 və 23-də paytaxtda “Tbilisi Open Air 2024” festivalı keçiriləcək. Planlaşdırılan tədbirlərlə əlaqədar olaraq hər üç gün ərzində Lisi gölünün yaxınlığında, Leo Kvacadze küçəsində avtomobillərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Tbilisi Meriyasının verdiyi məlumata əsasən, məhdudiyyət saat 10:00-dan ertəsi gün saat 01:00-a qədər qüvvədə olacaq, qalan vaxtda isə nəqliyyat ləngimə olmadan hərəkət edəcək.
Qeyd olunan zaman kəsiyində, Leo Kvacadze və Barbara Ğipiani küçələrinin kəsişməsindən Lisi gölü istiqamətində hərəkət edən avtomobillər bir istiqamətdə, yalnız İoseb Kecağmadze küçəsi istiqamətində hərəkət edə biləcəklər, Kecağmadze küçəsindən Besarion Jğenti və Paata Datuaşvili küçələri istiqamətində hərəkət edən sürücülər isə Txinvala və Avto Varazi küçələrindən keçməklə hərəkət edəcəklər, bundan sonra da müəyyən edilmiş sxemlə hərəkəti davam etdirəcəklər.
İctimai nəqliyyatın hərəkət sxemi də dəyişəcək. Konkret olaraq, 329 nömrəli avtobus Txinvala kəndindən Avto Varazi və Elquca Amaşukeli küçələrindən keçməklə Onkoloji Tədqiqat Mərkəzinə doğru hərəkət edəcək; 363 nömrəli avtobus Txinvaladan “Delisi” metrostansiyası istiqamətində Varazi və Jğenti küçələrindən keçməklə hərəkət edəcək, sonra isə Tata Tvalcrelidze küçəsinin kəsişməsində Permserta küçəsində dönəcək. Tsodoreti kəndindən “Delisi” metrostansiyasına qədər sərnişinlərə xidmət göstərən 107 nömrəli avtobusa gəlincə, avtobus məhdudiyyət müddətində Kecağmadze küçəsi əvəzinə Varazi və Jğenti küçələrindən keçməklə hərəkət edəcək.
Tbilisi Meriyası yaranmış narahatlığa görə vətəndaşlardan üzr istəyir.