İyunun 2-dən Ağmaşenebeli xiyabanında "Goodwill” yaxınlığındakı körpüdə nəqliyyatın hərəkəti iki həftə müddətinə qismən məhdudlaşdırılacaq
Tbilisi Meriyasının məlumatına əsasən, Ağmaşenebeli xiyabanında “Goodwill” hipermarketinə bitişik körpünün zədələnmiş hissələrinin bərpasına başlanılır.
Onların sözlərinə görə, nəzərdə tutulan işlərlə əlaqədar bu il iyunun 2-dən etibarən iki həftə ərzində sözügedən hissədə yolda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bərpa işlərini Tbilisi Meriyasının İnfrastruktur İnkişafı Şəhər Xidməti həyata keçirəcək.
“Sözügedən körpüdə zədələr aparılan monitorinq nəticəsində aşkar edilib. Nəticədə yolun hərəkət hissəsinin təməlində lokal işlərin aparılması və asfalt örtüyünün bərpası zərurəti yaranıb” – Tbilisi Meriyasından açıqlanıb.