İyunun 13-dək Gürcüstanda yüksək temperatur fonunda yağışlı hava şəraiti davam edəcək
İyunun 13-dək Gürcüstanda yüksək temperatur fonunda yağışlı hava şəraiti davam edəcək, bəzi yerlərdə şimşək çaxacaq. Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Sinoptiklərin məlumatına əsasən, Gürcüstanın şərqində dolu düşə bilər.
“Havanın temperaturu aran rayonlarında gündüz +26, +31 dərəcə isti təşkil edəcək.
Tbilisidə qısamüddətli yağış müşahidə oluna bilər. Gün ərzində havanın temperaturu +29, +31 dərəcə isti təşkil edəcək”, -Milli Ətraf Mühit Agentliyinin proqnozunda deyilir.