İyunun 11-dən Şengen zonasına aid vizalar bahalaşacaq, Avropa Komissiyası buna səbəb kimi inflyasiya və xidmət işçisinin maaşının artırılmasını göstərir.
İyunun 11-dən Şengen zonasına aid vizalar bahalaşacaq, Avropa Komissiyası buna səbəb kimi inflyasiya və xidmət işçisinin maaşının artırılmasını göstərir.

İyunun 11-dən Şengen zonasına aid vizalar bahalaşacaq. Müvafiq qərar bu gün Avropa İttifaqının rəsmi jurnalında dərc olundu.

Sənədə əsasən, böyüklər üçün vizanın qiyməti 80 avrodan 90 avroya gədər, 6-12 yaş uşaqlar üçün isə 40 avrodan 45 avroya gədər yüksələcək. Bəzi hallarda, ölkəyə Avropa İttifaqının viza rejiminin 25-ci maddəsinin 2-ci bəndinin xüsusi proseduru tətbiq edilərsə, qiymət 135 və ya 180 avro təkil edə bilər.

Avropa Komissiyası qiymət dəyişikliyinə səbəb kimi inflyasiya və xidmət işçisinin maaşının artırılmasını göstərir.