İyunun 10-dan Türkiyə aviauçuşları mərhələ şəklində bərpa edəcək
İyunun 10-dan Türkiyə aviauçuşları mərhələ şəklində bərpa edəcək

Türkiyə iyun ayında 40 ölkə ilə aviauçuşları mərhələ şəklində bərpa edəcək.

Bu barədə məlumatı Türk medyası, Türkiyənin Nəqliyyat Naziri adil Karaismailoğlunun bəyanatına istinadən yayır.

Nazir qeyd etdi ki, Türkiyə beynəlxalq reyslərin bərpa edilməsi ilə bağlı 92 ölkə ilə əməkdaşlıq edir.

İki tərəfli reyslərin bərpası haqqında razılaşmaya 15 ölkə və onların arasında Ukrayna, Moldova, Belarus, Serbiya, Abaniya, Avstriya, Litva, İtaliya, Qazaxstan, Maroko, Yordaniya, Sudan, Ərəb emirlikləri və Kipr ilə artıq nail olunub.

İyunun 10-dan Türkiyə Bahreyinlə, Qatarla, Bolqarıstanla, Yunanistanla və tanınmayan Kipr Respublikası ilə avia-uçuşları bərpa edəcək.

İyunun 15-dən iki tərəfli aviareyslər Azərbaycanla, Almaniya, Avstriya, Çexiya, Xorvatiya, Litva, Macarıstan, Polşa, Rumıniya, Sloveniya, Serbiya, Şimali Makedoniya, İsveçrə, Tacikistan, Honq Konq, Yaponiya və Sinqapurla bərpa olunacaq.

İyunun 20-də Niderlandlar və Qazaxstan əlavə olunacaq.

İyunun 25-dən aviareyslər Belçika ilə bərpa olunacaq.

Nəqliyyat nazirinin dediyinə görə, aviareyslər zamanı yolçuların sağlamlıq təhlükəsizliyi qorunacaq.