İyulun 5-də Tbilisidə inkişaf edən hadisələr ilə əlaqədar parlament Vaxtanq Qomelaurini dinləyəcək
İyulun 5-də Tbilisidə inkişaf edən hadisələr ilə əlaqədar parlament Vaxtanq Qomelaurini dinləyəcək

 

İyulun 5-də Tbilisidə inkişaf edən hadisələr ilə əlaqədar parlament müxalifəti daxili işlər naziri Vaxtanq Qomelaurinin dinlənilməsini tələb edir.

Bugünkü büro iclasında nazirin dinlənilmə tarixi və formatı müzakirə olunub.

İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin sədri Mixeil Sarjveladzenin də qeyd etdiyi kimi, tarixlə əlaqədar daxili işlər naziri ilə məsləhətləşmələr aparılır və parlament onu reqlamentdə müəyyən edilmiş müddətdə dinləyəcək.

Məlumatı Gürcüstan Parlamentinin Mətbuat Xidməti yayır.