İyulun 3-7-də gün ərzində Vaziani-Qombori-Telavi yolunda avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Vaziani-Qombori-Telavi avtomobil yolunun 27 km- 60-cı km hissəsində bərpa işləri aparılır. Bunun üçün müəyyən müddət ərzində avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaq lazım olacaq-bu haqda Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsinin yaydığı məlumatda deyilir.
“Reabilitasiya işlərinin aparılması üçün 2023-cü ilin iyulun 3-dən iyulun 7-dək, saat 11:00-dən saat 19:00-dək sözügedən hissədə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır. Sutkanın qalan vaxtlarında isə nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir” – məlumatda qeyd olunur.