İyulun 25-dək Gürcüstanda yüksək temperatur fonunda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir
İyulun 25-dək Gürcüstanda yüksək temperatur fonunda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir

İyulun 25-dək Gürcüstanda yüksək temperatur fonunda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Sinoptiklərin məlumatına görə, Gürcüstanın şərqində bəzi yerlərdə dolu yağacağı ehtimalı var.

“Qərbi Gürcüstanda havanın temperaturu +28, +33, Şərqi Gürcüstanda isə +33, +38 dərəcə təşkil edəcək.

Tbilisidə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində havanın temperaturu +35, +37 dərəcə təşkil edəcək”, – Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyin məlumatında deyilir.