İyulun 20-də saat 21:00-dan iyulun 21-i saat 09:00-dək Kobuleti tunelində hərəkət məhdudlaşdırılacaq
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, dövlət əhəmiyyətli daxili Kobuleti dolama avtomobil yolunun 28-ci km-də yerləşən avtomobil tunelində işıqlandırma sistemində yaranmış problemin aradan qaldırılması istiqamətində görüləcək işlər ilə əlaqədar olaraq , 2022-ci ilin iyulun 20-də saat 21:00-dan iyulun 21-i saat 09:00-dək avtomobil tunelinin bağlanması zəruridir.
Avtomobil tunelinin bağlanması dövründə nəqliyyatın hərəkəti Kobuletidən keçən beynəlxalq əhəmiyyətli Senaki-Poti-Sarpi avtomobil yoluna yönəldiləcək.