İyulun 1-dən sosial cəhətdən həssas uşaqlar aylıq yardım olaraq 200 lari alacaqlar
İyulun 1-dən sosial cəhətdən həssas uşaqlar aylıq yardım olaraq 200 lari alacaqlar

 

Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili cari ilin iyul ayından sosial cəhətdən həssas uşaqların aylıq yardım olaraq 200 lari alacaqlarını bildirib.

Nazirin açıqlamasına əsasən bundan irəli gələrək proqramın büdcəsinə 70 milyon lari əlavə olunacaq.

“İkinci məsələ sosial cəhətdən həssas uşaqlarla bağlı idi və bildiyiniz kimi, biz artıq cari ilin iyul ayından yardımın 200 lariyə çevriləcəyinin anonsunu vermişdik. Ümumilikdə bu ilin büdcəsinə 70 milyon lari əlavə olunacaq və biz artıq bu uşaqlara 200 larilik yardım ödəyəcəyik. İl ərzində biz sosial cəhətdən həssas uşaqlara ümumilikdə yarım milyard lariyə qədər 200 larilik aylıq yardım ödəyəcəyik” -deyə Zurab Azaraşvili hökumətin iclası başa çatdıqdan sonra keçirilən brifinqdə açıqlayıb.