İyul ayında Gürcüstana gələn xarici ziyarətçilərin sayı 403,7 faiz artıb
İyul ayında Gürcüstana gələn xarici ziyarətçilərin sayı 403,7 faiz artıb

 

2021 -ci ilin iyul ayında Gürcüstana 230 902 beynəlxalq səfər edilib ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 403,7 faiz çoxdur-bu barədə Turizm Milli Administrasiyasının hesabatında qeyd olunub.

Hesabata əsasən, Gürcüstana quru yolu ilə 90 min 152, hava yolu ilə 138 min 412, dəniz yolu ilə 567, dəmir yolu ilə 1771 səfər edilib.

2021 -ci ilin iyul ayında Gürcüstanı ən çox ziyarət edən ilk 15 ölkəyə gəlincə, Turizm Milli Administrasiyasının göstəricilərinə əsasən, bunlar sırasına daxildir: Türkiyə – 35 045 ziyarətçi, əvvəlki ilə nisbətən artım 91,3 %; Rusiya – 25 059 ziyarətçi, əvvəlki illə müqayisədə artım 497,9 % ; Ukrayna – 24 485 ziyarətçi, əvvəlki ilə nisbətən artım 1932,0 %; Ermənistan – 19 707 ziyarətçi, əvvəlki illə müqayisədə artım 101,9 % ; İsrail -17554 ziyarətçi, əvvəlki illə müqayisədə artım 70116,0 % ; Gürcüstan (qeyri -rezident) – 14 962 ziyarətçi, əvvəlki ilə nisbətən artım 293,3 %; Səudiyyə Ərəbistanı – 12 894 ziyarətçi; Qazaxıstan – 9546 ziyarətçi, əvvəlki ilə nisbətən artım 1,684,3 % ; Belarusiya – 9 422 ziyarətçi, əvvəlki ilə nisbətən artım 993,0 % ; Azərbaycan – 8397 ziyarətçi, əvvəlki illə müqayisədə artım 108,7% ; Hindistan – 6.897 ziyarətçi, əvvəlki ilə nisbətən artım 62.600.0 %; Polşa – 5713 ziyarətçi, əvvəlki ilə nisbətən artım 17753,1 % ; Özbəkistan – 3430 ziyarətçi əvvəlki ilə nisbətən artım 151,3 %; Almaniya – 2960 ziyarətçi, əvvəlki ilə nisbətən artım 3600,0 %; ABŞ – 2.754 ziyarətçi, əvvəlki ilə nisbətən artım 2.034.9 %.