İyul ayında Gürcüstana 718 401 beynəlxalq səyahətçi səfər edib
İyul ayında Gürcüstana 718 401 beynəlxalq səyahətçi səfər edib

 

Turizm Milli Administrasiyası iyul ayı üzrə statistik göstəriciləri dərc edir. Administrasiya tərəfindən verilən məlumatda, cari ilin iyul ayında Gürcüstana 718 401 beynəlxalq səyahətçinin səfər etdiyi deyilir, bu da 2021-ci ilin iyul ayı ilə müqayisədə +177% artım deməkdir, beynəlxalq səyahətçilərin bərpası nisbəti isə 2019-cu ilin göstəricilərinə nisbətən 65,3 faiz təşkil edir.

İyul ayında beynəlxalq turist səfərlərinin sayı 459 711 nəfər təşkil edib, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə ++115% çoxdur, 2019-cu ilin iyul ayı ilə müqayisədə isə turist səfərləri 80,6% bərpa olunub.

2022-ci ilin yanvar-iyul aylarında Gürcüstana 2 344 329 beynəlxalq səyahətçi səfər edib, 2021-ci ilin 7 ayının göstəriciləri ilə müqayisədə artım +214%, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə bərpa 47,2% təşkil edib.

2022-ci ilin 7 ayında beynəlxalq turist səfərlərinin sayı 1.668.983 nəfər təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə +162 faiz çoxdur, 2019-cu ilin göstəriciləri ilə müqayisədə isə turist səfərləri 61,9 faiz bərpa olunub.