Dört il beş ay sonra Bidzina İvanişvili siyasətə qayıdır. Keçmiş baş nazir “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasına rəhbərlik edəcək. Qərar bu gün, keçmiş baş nazir, partiya rəhbəri, partiya idarəçiləri və parlament çoxluğunun əksəriyyətinin iştirak etdiyi görüşdə məlum oldu. Keçmiş baş nazirin qərarı, parlament çoxluğu daxilində mövcud olan fikir ayrılığı ilə əlaqədardırmı? Bidzina İvanişvili bu haqqda mediaya heç bir açıqlama etməyib. Giorgi Kvirakaşvili bildirir ki, partiyanın idarəçiliyini, “Gürcü Arzusu” banisindən, qrupun qərarı ilə və partiyanın inkişafı üçün xahiş etdi.
Hazırladı : Şorena Tsviçia