İvane Maxaradze - kəskin şəkildə qütbləşmiş media mühitində İctimai Yayımçının rolu xüsusilə əhəmiyyətlidir və şadam ki, konstruktiv jurnalistika ilə bağlı diskussiyalar keçirir
İvane Maxaradze - kəskin şəkildə qütbləşmiş media mühitində İctimai Yayımçının rolu xüsusilə əhəmiyyətlidir və şadam ki, konstruktiv jurnalistika ilə bağlı diskussiyalar keçirir

 
Media mühiti bu cür kəskin şəkildə qütbləşdikdə, İctimai Yayımçıya xüsusi önəm verilir, bu qütbləşmiş media mühitində onun rolu vacibdir-bu barədə Tbilisidə davam edən “Konstruktiv xəbərlər” konfransının iştirakçısı, Rabitə Komissiyasının üzvü İvane Maxaradze bildirib.

“Bugünkü gündə, media mühitinin bu qədər kəskin qütbləşdiyi bir zamanda İctimai Yayımçıya xüsusi önəm verilir. Bu qütbləşmiş media mühitində İctimai Yayımçının rolu vacibdir. Məhz bu səbəbdən şadam ki, İctimai Yayımçı Gürcüstana bu səviyyəli ekspertləri gətirir və konstruktiv jurnalistika kimi zəruri məsələlərlə bağlı diskussiyalar keçirir”-deyə İvane Maxaradze qeyd edib.

Danimarka Konstruktiv İnstitutunun təsisçisi Ulrik Haaqerupun səfəri çərçivəsində Tbilisidə “Radisson” mehmanxanasında “Konstruktiv xəbərlər” konfransı keçirilir.

Səfərin ilk günü Ulrik Haaqerup Birinci Kanalın prodüserləri, redaktorları və jurnalistləri üçün həm praktiki, həm də nəzəri biliklərin mübadiləsini əhatə edən vorkşop keçirib. İctimai Yayımçının 11 jurnalisti Danimarka Konstruktiv Xəbərlər İnstitutunda təlim kursunu artıq başa vurub. Yaxın vaxtlarda daha 4 nəfər gedəcək, ilin sonunadək Birinci Kanalın 18 jurnalisti konstruktiv jurnalistika istiqamətində hazırlıqdan keçmiş olacaq.