İvane Maçavariani Asiya İnkişaf Bankının idarəçilər şurasının sədri seçildi
Cari ilin sentyabrın 17-18-də, virtual formatda keçirilən 53-cü illik görüş çərçivəsində, Asiya İnkişaf Bankının idarəçi şurasının sədri olaraq, Gürcüstanın Maliyyə Naziri İvane Maçavariani seçildi.
Gürcüstanın Maliyyə Nazirliyinin məlumatına görə, Maliyyə Naziri İvane Maçavariani bir il müddəti ilə Asiya İnkişaf Bankının idarəçilər şurasının sədri olacaq.
Nazirliyin məlumatına görə, ötən ilin noyabr ayında idarəçilər şurası tərəfindən verilən qərar ilə, 2021-ci ildə, Gürcüstan Asiya İnkişaf Bankının illik tədbirinin ev sahibi ölkəsi olacaq.
Qeyd olunan geniş-miqyaslı tədbirdə 5 minə qədər yüksək ranqlı qonaq iştirak edəcək.