İvane Maçavariani - 2020-ci ilin dekabr ayında 300 larilik kompensasiya məbləğini 120 mindən artıq vətəndaş aldı
Maliyyə Naziri İvane Maçavarianinin dediyinə görə, 2020-ci ilin dekabr ayında 300 larilik kompensasiya məbləğini 120 mindən artıq insan aldı və bunun üçün büdcədən 36 milyon 122 min lari xərcləndi.
Maçavariani qeyd etdi ki, sosiyal yardım 2021-ci ilin yanvar ayından altı ay ərzndə davam edəcək və təqribən 72 min ailə 100 larilik yardım alacaq.
Həmçinin, 3 və ya 3-dən artıq uşağı olan, təqribən 24 min ailə 100 larilik yardım alacaq.
Maliyyə Nazirinin bəyanatına görə, 100 larilik yardım məhdud fiziki imkanlı şəxslər üçün də nəzərdə tutulub. Söhbət 43 min nəfərdən gedir.