İvane Maçavariani - 200 larilik kompensasiyanın ödənilməsi 2021-ci ilin yanvar ayından başlayacaq
İvane Maçavariani - 200 larilik kompensasiyanın ödənilməsi 2021-ci ilin yanvar ayından başlayacaq

200-larilik kompensasiyanın ödənilməsi 2021-ci ilin yanvar ayından başlayacaq. Cari il ərzində, biz təqribən 125 000 nəfərə 1 200 larilik kompensasiya paketi təqdim etdik və əhaliyə və biznesə söz verdik ki, bu yardıma gələn ilin yanvar ayından davam edəcəyik, – bu barədə bəyanatı Maliyyə Nazirinin vəzifəsinin icraçısı İvane Maçavariani verdi.

300 larilik bir dəfəlik yardıma gəlincə isə, nazirin məlumatına görə, bu haqda dekabrın 24-nə qədər maksimal məlumat yığılmalıdır.

“Bu vaxt üçün artıq 50 000 ərizə qəbul olunub. Ehtimala görə, yardım üçün daxil olan ərizələrin sayı 100 000-ə qədər çıxacaq. Kompensasiya paketi ilə məbləğin ödənilməsi cari ilin sonuna qədər başa çatacaq” – dedi İvane Maçavariani.