İvane Chxaidze - şəhərin mərkəzində yeni, müasir, bütün tələblərə uyğun klinikanın tikintisi ciddi addımdır və bu qərarın doğru olduğunu düşünürəm
İvane Chxaidze - şəhərin mərkəzində yeni, müasir, bütün tələblərə uyğun klinikanın tikintisi ciddi addımdır və bu qərarın doğru olduğunu düşünürəm

 
Bu gün təqdim olunan layihə, yəqin ki, ölkənin ehtiyac duyduğu şeydir, şəhərin mərkəzində yeni, müasir, həm infrastruktur, həm də kadrlar baxımından, bütün tələblərə uyğun klinikanın tikilməsi, doğrudan da, ciddi addımdır və bu qərarın doğru olduğunu düşünürəm – Respublika xəstəxanasının yeni konsepsiyasının təqdimatından sonra pediatr, professor İvane Chxaidze açıqlayıb.

O, Respublika xəstəxanası ilə bağlı qərarın başa düşülən olduğunu, çünki bugünkü vəziyyət və infrastrukturla klinikanın 2025-ci ildən ümumi səhiyyə proqramına qoşulan klinikalar üçün məcburi olacaq beynəlxalq standartlara cavab verə bilməyəcəyini bildirib.

İvane Chxaidzenin qeyd etdiyi kimi, təqdimatda həm də Respublika xəstəxanasının tibbi personalından da danışıblar. O, onların hər birinə başqa dövlət klinikalarında işlə təmin olunmaq təklifinin ediləcəyinin, ya da yeni Respublika xəstəxanası tikilənə qədər maaşlarının saxlanılmasına dair nazirliyin mövqeyinin olduqca mühüm olduğunu bildirib.

“Fikrimcə, Səhiyyə Nazirliyinin planına əsasən, Respublika xəstəxanasının tibbi personalının maliyyə təzminatı və işin davam etdirilməsi baxımından heç bir problemi olmamalıdır” -deyə İvane Chxaidze açıqlayıb.

Məlumatı Səhiyyə Nazirliyi yayır.