İvane Çxaidze - Mövsümi qrip viruslarına yoluxma halları ehtimal ki, yenə də artacaq, lakin yəqin ki, 2022-2023 mövsümündə olduğu kimi aktiv olmayacaq
İvane Çxaidze - Mövsümi qrip viruslarına yoluxma halları ehtimal ki, yenə də artacaq, lakin yəqin ki, 2022-2023 mövsümündə olduğu kimi aktiv olmayacaq

 
İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Çxaidze, ölkədə mövsümi virusların yayılmasının aktiv mərhələsi olduğunu bildirib.

O, əsasən yüksək hərarət, baş ağrısı, oynaq ağrıları, kəskin zəiflik ilə xarakterizə olunan və uşaqlarda dövr edən “H1N1” və “H1N3” virusları olduğunu bildirib.

İvane Çxaidzenin qeyd etdiyi kimi, əsas tövsiyələr temperatura nəzarət etmək, çox miqdarda maye qəbul etmək və ağırlaşmalar halında həkimə müraciət etməkdir.

“Yanvarın ilk həftəsində mövsümi qripə yoluxma hallarında artım olmasına və hələ də yüksəliş meylində olmasına baxmayaraq, Gürcüstanda və bütün dünyada qrip viruslarının ümumi göstəricisi 2022-ci ildə olduğundan xeyli azdır. Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin göstəricilərinə baxsanız görərsiniz ki, son göstərici 51-ci təqvim həftəsidir və qrip dominant virusa çevrilib. 49-cu həftənin laboratoriya yolu ilə təsdiqlənmiş qrip hallarının xüsusi payı 16% idi, indi 26% təşkil edir. Həqiqətən artım var. Hava da böyük əhəmiyyətə malikdir və ehtimal ki, növbəti zaman ərzində, havanın soyuması ilə birlikdə yoluxma halları artacaq, lakin qrip nöqteyi-nəzərdən, yəqin ki, 2022-2023-cü il mövsümündə olduğu kimi aktiv olmayacaq. Ölkədə başqa viruslar da sirkulyasiya edir, bu rinovirus, respirativ virusdur. Koronavirus daha az aktivdir və əvvəlki həftələrin statistikasına baxsaq, bu göstəricinin yalnız 2,5% səviyyəsində olduğunu görərik”-İvane Çxaidze bildirib.