İvane Chxaidze - koronavirus adi respirator viruslar kateqoriyasına keçib, ölkələr onu adi virus kimi idarə etməlidirlər
İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Chxaidze ÜST tərəfindən “Covid-19″la bağlı qlobal fövqəladə vəziyyətin bitdiyi deyilməklə nəyin nəzərdə tutulduğuna açıqlıq gətirir.
İvane Chxaidze bildirib ki, bu o deməkdir ki, koronavirus adi respirator viruslar kateqoriyasına keçib və ölkələr onu adi respirator virus kimi idarə edə bilirlər.
“ÜST “Covid-19″la bağlı qlobal fövqəladə vəziyyətin bitdiyini açıqlayıb. Bu açıqlama pandemiyanın sonu ilə eyni deyil. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına əsasən koronavirus adi respirator viruslar kateqoriyasına keçib. Yəni, ölkələr qrip, adenovirus və s. ilə mübarizə apardıqları kimi, onu adi bir respirator virus kimi idarə etməlidirlər. Təbii ki, bu, koronavirusun yox olması mənasına gəlmir, lakin onun ictimai sağlamlığa təsiri qrip və digər virus növləri ilə eyni səviyyədədir.
Ümumdünya Səhiyyə Təşkilatı növbəti dövrdə yeni mutasiya riskinin olmadığını açıqlayır. Demək olar ki, iki ilə yaxındır ki, heç bir yeni mutasiya yaranmayıb, yəni bu riskin də minimal olması mənasına gəlir. Bundan irəli gələrək, mühüm bəyanatdır və artıq müəyyən dərəcədə dünyada, o cümlədən Gürcüstanda vəziyyəti də müəyyən edir. 2021-ci ilin yanvarında, dünyada bir həftədə yüz min insan həlak olarkən, apreldə bu rəqəm bir həftədə üç min olub. Müvafiq olaraq, rəqəmlər də Ümumdünya Səhiyyə Təşkilatının niyə bu qərarı verdiyini açıq şəkildə göstərir”-deyə İvane Chxaidze açıqlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı “Covid-19″la bağlı qlobal fövqəladə vəziyyətin bitdiyini elan edib.