İvane Chxaidze - axondroplaziya ilə bağlı işçi qrupu milli protokolu yekunlaşdırmaq mərhələsindədir, ehtimal ki, iyunun ilk həftəsində hazır olacaq
İvane Chxaidze - axondroplaziya ilə bağlı işçi qrupu milli protokolu yekunlaşdırmaq mərhələsindədir, ehtimal ki, iyunun ilk həftəsində hazır olacaq

 

İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Chxaidze axondroplaziyanın müalicəsi üçün protokolun ehtimal ki, iyunun ilk həftəsində hazır olacağını bildirib. O, işçi qrupun protokolu yekunlaşdırmaq üzrə olduğunu qeyd edib.

“İşçi qrup protokolu yekunlaşdırmaq mərhələsindədir. Bəyan edildiyi kimi, milli protokol ehtimal ki, iyunun ilk həftəsində hazır olacaq. Bu, dərmanı gətirməzdən əvvəl atılmalı olan bir addımdır. Bu dərmanın tətbiqi hazırlıq tələb edir. Hazırlıq dedikdə həm texniki tərəf, həm də dərmanın kimlərə təyin edilməsi gərəkdiyinə dair meyarlar nəzərdə tutulur. Qrup bu məsələ, meyarlar üzərində , dərmanın mümkün qədər effektiv və təhlükəsiz olacağı pasiyentlərin seçilməsi üzərində işləyir. Bu səbəbdən, bu nöqteyi-nəzərdən milli protokol zəruridir. Bu, mütləq atılması gərəkən addımdır” -deyə İvane Chxaidze açıqlayıb.

Jurnalistlərin suallarına cavab olaraq, İvane Chxaidze axondroplaziya dərmanı “Vosoritide” ilə əlaqəli risklərdən və ehtiyatlılığın nə üçün lazım olmasından danışıb.

“Dərmanın uzunmüddətli perspektivdə nəticələrinin hələ məlum olmaması təkcə Gürcüstan hökumətinin bəyanatı deyil, hər yerdə eyni düşüncə mövcuddur. Yekun hündürlüyə təsirini bilməyimiz üçün daha uzun tədqiqatlara ehtiyacın olduğunu istənilən nəşrdə oxuya bilərsiniz. Bu olduqca vacibdir.

Bir il ərzində 1,57 santimetrlik artımın sonrakı illərdə nə qədər qorunub-saxlanılacağı və yekun hündürlüyün nə qədər olacağına dair sual hələlik cavabsız qalır; Bu dərman uzunmüddətli perspektivdə müxtəlif orqan və sistem baxımdan tamamilə təhlükəsizdir ya yox. Bizim gördüyümüz iş dərman alınarsa, tibb sistemi və pasiyentin valideynlərinin hazır olması üçün bu baxımdan zəmin hazırlamağa köklənib. Bu dərmanı valideynlər tətbiq etməlidirlər, bu səbəbdən ilkin mərhələdə dərman bir neçə gün həkim nəzarəti altında xəstəxanada tətbiq edilməlidir, sonrakı mərhələdə isə valideyn evdə tətbiq etməlidir. Dərialtı inyeksiya hazırlıq, valideynlərin təlimdən keçirilməsini tələb edir. Bu, uzunmüddətli deyil, hərçənd hər şeyin bu gündəncə başlaya biləcəyi mənasına da gəlmir”-deyə İvane Chxaidze açıqlayıb.