İulia TimoşenkoYuliya Timoşenkonun partiyası Gürcüstan hakimiyyətini Saakaşvilini Ukraynaya qaytarmağa çağırıb

17:49, 12.11.2021

Yuliya Timoşenkonun “Batkivşina” partiyası Mixail Saakaşvili ilə bağlı bəyanat yayıb və onun Ukraynaya qayıtmasını tələb edib.

Partiya Gürcüstan hökumətini siyasi iradə nümayiş etdirməyə və müdrik qərar qəbul etməyə çağırır.

“Artıq 43-cü gündə bütün dünya Gürcüstan həbsxanasında Mixeil Saakaşvilinin təqib olunmasını qorxu və kədərlə izləyir. Keçmiş prezident, dünya səviyyəli siyasətçi, Gürcüstanın bir çox islahatlarına və hazırkı nailiyyətlərinə borclu olan liderə ictimaiyyət üçün təhlükəli cinayətkar kimi yanaşılır.

Yayımlanan videomateriallardan, şahidlərin ifadələrindən və həkimlərin diaqnozlarından aydın olur ki, həbsdə olan siyasətçinin alçaldılması, ləyaqət və şərəfin təhqir olunması, sağlamlığına bərpa olunmaz ziyan vurulması barədə söhbət gedir. Mixeil Saakaşviliyə qarşı bəzi hərəkətləri hüquq müdafiəçiləri işgəncə kimi qiymətləndirirlər. Belə bir vəziyyət yolverilməzdir. Bu biabırçılığa dərhal son qoyulmalı, vicdan məhbusu azadlığa buraxılmalıdır.

“Batkivşina” partiyası öz mübarizəsində dəfələrlə Mixonun tərəfində olub. Onun niyyətinin alicənablığına, xalqına məhəbbətinə heç kəs kimi bizim də əmin olmaq imkanımız oldu. Biz Gürcüstan hakimiyyətini siyasi iradə nümayiş etdirməyə və müdrik qərar qəbul etməyə çağırırıq. Biz Ukrayna vətəndaşı Mixeil Saakaşvilini Ukrayna ərazisinə qaytarmağa çağırırıq. Burada o, lazımi tibbi yardım ala, reabilitasiya keçə və iki vətəninin – Gürcüstan və Ukraynanın rifahı naminə fəaliyyətini davam etdirə biləcək”, – deyə partiyanın bəyanatında deyilir.

Oxşar