İtkin düşmüş şəxslərin axtarışı məsələləri üzrə Beynəlxalq Qırmızı Xaç Komitəsinin egidiyası ilə İstanbulda gürcü və abxaz iştirakçıların koordinasiya mexanizminin görüşü keçirilib
İtkin düşmüş şəxslərin axtarışı məsələləri üzrə Beynəlxalq Qırmızı Xaç Komitəsinin egidiyası ilə İstanbulda gürcü və abxaz iştirakçıların koordinasiya mexanizminin görüşü keçirilib

 
Məqsədi 1992-1993-cü illərin silahlı əməliyyatları nəticəsində Abxaziyada itkin düşmüş şəxslərin tapılması və taleyinin müəyyən edilməsi olan gürcü və abxaz iştirakçılardan ibarət koordinasiya mexanizminin 16-cı görüşü mayın 29-da İstanbulda keçirilib.
Görüşə neytral vasitəçi qismində Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) sədrlik edirdi.

Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstanın Dövlət Nazirinin Aparatının verdiyi məlumata əsasən, bu vaxtadək koordinasiya mexanizminin fəaliyyəti nəticəsində 526 nəfərin meyiti tapılıb və ekskumasiya edilib. Onlardan 285 nəfərin şəxsiyyəti müəyyən edilib və müvafiq şəkildə dəfn edilməsi üçün ailələrinə verilib. Dövlət Nazirinin Aparatından açıqladıqları üzrə, bütün bunlar davam edən, aydın humanitar prosesin iştirakçılarının birgə səyləri və aktiv iştirakı nəticəsində mümkün olmuşdur.

“Görüşdə yoxa çıxmış şəxslərin yerinin müəyyən edilməsində əldə edilmiş nəticələrlə yanaşı, məzarlar haqqında sonrakı məlumatların tapılmasının zəruriliyinə və şəxsiyyətin müəyyən edilməsi prosesi ilə bağlı məsələlərə diqqət yetirilib.

İştirakçılar sahib olduqları və sonrakı axtarış və əlavə insanların şəxsiyyətinin müəyyən edilməsi prosesinə kömək edəcək işlənmiş məlumatları bölüşüblər. Koordinasiya Mexanizmi çərçivəsində bu günədək 1860 nəfər itkin düşmüş hesab olunur, onların ailələri səbirsizliklə konkret cavab və illərlə davam edən qeyri-müəyyənliyə son qoyulmasını gözləyirlər.

Görüşün iştirakçıları məlumatın daha çox səylə toplanılması və mübadiləsi, itkin düşmüş şəxslərin axtarışı prosesinin daha sürətlə aparılması üçün praktiki addımlar barədə razılaşıblar” – deyə Dövlət Nazirinin Aparatının yaydığı məlumatda deyilir.