"İTB Berlin"in direktoru - Gürcüstanın "İTB Berlin" sərgisindəki möhtəşəm stendi ölkənin rəngarəng mədəniyyətini və unikal tarixini əks etdirir
"İTB Berlin"in direktoru - Gürcüstanın "İTB Berlin" sərgisindəki möhtəşəm stendi ölkənin rəngarəng mədəniyyətini və unikal tarixini əks etdirir

 

“ITB Berlin”in direktoru Debora Rot İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Mariam Kvrivişvili və Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Maia Omiadze ilə birlikdə Berlin turizm sərgisinin başlamasına bir neçə gün qalmış Gürcüstan stendinin son hazırlıq işləri ilə tanış olub.

Gürcüstan stendində sərginin direktoru Gürcüstanın “ITB 2023” sərgisində ev sahibi ölkə statusunun əhəmiyyətindən danışıb.

“Bir neçə günə “ITB Berlin”in turist sərgisinin qapıları açılacaq. Biz şadıq ki, bu il biz bu tədbiri Gürcüstanla birlikdə keçiririk və Gürcüstan ev sahibi ölkə kimi təmsil olunur. Ev sahibi ölkə ilə tərəfdaşlıq əməkdaşlığın geniş spektrini əhatə edir. Biz bir ildir ki, Gürcüstanla sıx əməkdaşlıq edirik, “İTB 2023″ün fəaliyyətlərini birlikdə planlaşdırdıq.

Sərgidə Gürcüstanın stendi 700 kv.m.-dən çox yer tutacaq və onun son simasını nə zaman qazanacağını səbirsizliklə gözləyirəm. Bu xüsusi və möhtəşəm stend Gürcüstanın rəngarəng mədəniyyətini və unikal tarixini əks etdirir” -deyə “İTB Berlin” sərgisinin direktoru Debora Rot açıqlayır.

Sərgidə Gürcüstanın əsas konsepsiyası “sərhədsiz qonaqpərvərlik”dir.

“ITB Berlin” 1966-cı ildən keçirilir. 2019-cu ildə qlobal pandemiyadan əvvəl “İTB Berlin” 181 ölkədən 10 000 sərgi iştirakçısını qəbul etdi. Sərginin 160 000 ziyarətçisi olub və 5 000-dək media nümayəndəsi tərəfindən işıqlandırılıb.

Məlumatı Milli Turizm Administrasiyası yayır.