ITB Berlin - Tbilisi gözəl parkları, muzeyləri və yaxşı restoranları olan bir şəhərdir, bu şəhər səyahətinizin yaddaqalan olacağına zəmanət verir
ITB Berlin - Tbilisi gözəl parkları, muzeyləri və yaxşı restoranları olan bir şəhərdir, bu şəhər səyahətinizin yaddaqalan olacağına zəmanət verir

 
Dünyanın ən böyük turizm sərgilərindən biri olan İTB Berlin sosial platformalarında Gürcüstan haqqında post dərc edir.

“Dünyanın ən gözəl yerlərini gəzməyi xəyal edirsinizsə və bu il üçün hələ də səyahət planı qurmamısınızsa, sizinlə bir sirri paylaşacağıq: Gürcüstanın paytaxtında nə vaxtsa olmusunuzmu? Bu, gözəl parkları, şəlalələri və muzeyləri, yaxşı restoranları və əlbəttə ki, artan gecə klubları olan şəhərdir. Tbilisinin sizlərə təklif edəcəyi çox şey var, bu şəhər səfərinizin yaddaqalan olacağına zəmanət verir”- deyə İTB Berlin yazır.

Martın 6-dan etibarən Gürcüstan Berlin turizm sərgisində ev sahibi ölkə statusu ilə təmsil olunacaq.

Berlin Turizm Sərgisi Facebook istifadəçilərinə Gürcüstan haqqında daha çox məlumat əldə etmək üçün sərgidə iştirak etməyi tövsiyə edir.

ITB 2023 6-9 mart tarixlərində Berlində keçiriləcək.

Məlumatı Milli Turizm Administrasiyası yayır.