İtaliyanın vitse-baş naziri Mateo Salvini - İtaliya heç kimə qarşı müharibə aparmır, əgər Makron müharibə istəyirsə, dəbilqəsini taxsın və italyanları narahat etmədən getsin
İtaliyanın vitse-baş naziri Mateo Salvini - İtaliya heç kimə qarşı müharibə aparmır, əgər Makron müharibə istəyirsə, dəbilqəsini taxsın və italyanları narahat etmədən getsin

 
İtaliya heç kimə qarşı müharibə aparmır, əgər Makron müharibə istəyirsə, dəbilqəsini taxsın və italyanları narahat etmədən getsin -bu haqda İtaliyanın vitse-baş naziri Mateo Salvini bildirib.

“Gələn həftə “liqa” seçimi sülh seçimidir. Mən italyanların Ukraynaya döyüşmək və ölmək üçün göndərilməsini istəmirəm, İtaliya silahlarının Rusiyanı bombalamasını istəmirəm. İtaliya heç kimə qarşı müharibə aparmır, əgər Makron müharibə istəyirsə, dəbilqəsini taxsın və italyanları narahat etmədən getsin” – Mateo Salvini bildirib.

İtaliyanın vitse-baş naziri bildirib ki, əgər bu gün İtaliya Avropa İttifaqına suverenliyini, məsələn, müdafiə məsələsində güzəştə getsəydi və ortaq Avropa ordusu olsaydı, Makron kimi bombardmançı gələrək gəncləri xaricə öldürməyə göndərərdi.

“Övladımın Makronun əlinə keçməsinə imkan verməyəcəm”-deyə İtaliyanın vitse-baş naziri bildirib.