İtaliyanın Parlamentində fiziki qarşıdurma baş verib [Video]

 
İtaliyanın Parlamentində dava baş verib. İtaliyanın “RAI” teleşirkətinin verdiyi məlumata əsasən, sessiyada regionların muxtariyyəti haqqında qanun layihəsi müzakirə edilirdi.

Regional Məsələlər naziri Roberto Kalderoli sessiyada iştirak edirdi.

Qarşıdurma “Beş Ulduz Hərəkatı”nın deputatı Leonardo Dononun nazirə yaxınlaşaraq ona bayraq verməyə çalışmasından sonra başlayıb və bu zaman digər deputatlar onunla qarşıdurma yaşayıblar.