İtaliyanın xarici işlər naziri - Qərb Ukraynaya kömək etməsə, Avropa daha böyük təhlükə ilə üzləşəcək və Gürcüstan, Moldova və digər ölkələr böyük risklə üzləşəcəklər
İtaliyanın xarici işlər naziri - Qərb Ukraynaya kömək etməsə, Avropa daha böyük təhlükə ilə üzləşəcək və Gürcüstan, Moldova və digər ölkələr böyük risklə üzləşəcəklər

 

Qərb Ukraynaya kömək etməsə, Avropa daha böyük təhlükə ilə üzləşəcək və Gürcüstan, Moldova və digər ölkələr böyük risklə üzləşəcəklər-bu barədə İtaliyanın xarici işlər naziri Antonio Taian Vaşinqtonda Entoni Blinkenlə keçirilmiş birgə mətbuat konfransında açıqlayıb.

İtaliyalı diplomata Ukrayna Silahlı Qüvvələrinin əks-hücumları barədə sual ünvanlanıb.

“Əks-hücuma gəlincə, ümid edirəm ki, bu, sülhə doğru addım atmağa kömək edəcək, çünki hamımız sülh istəyirik. Biz Ukraynaya kömək edirik, çünki sülh istəyirik. Əgər biz Ukraynaya kömək etməsək, Avropa daha böyük təhlükə ilə üzləşəcək, Gürcüstan, Moldova və bir çox başqa ölkələr böyük risklərlə üzləşəcəklər. Müvafiq olaraq biz bunu azadlığı və demokratiyanı qorumaq üçün edirik. Biz sülh istəyirik. Bu əks-hücum rusların Ukraynadan çıxarılmasına kömək edəcəksə, Ukraynaya azadlığı qaytaracaq”-deyə Antonio Taian açıqlayıb.

Ukraynanın NATO-ya daxil olması perspektivinə gəlincə, İtaliyanın xarici işlər naziri bu yolda ilk addımın alyans səviyyəsində məlumat mübadiləsinin aparılacağı NATO-Ukrayna Şurasının yaradılması ola biləcəyini hesab edir.