İtaliyanın xarici işlər naziri - NATO Buxarest sammitində götürdüyü, Gürcüstan və Ukraynanın Alyansa qoşulmasına imkan verən öhdəliklərdən imtina edə bilməz
İtaliyanın xarici işlər naziri Luici Di Mayonun sözlərinə görə, NATO “Açıq Qapı” prinsipindən və 2008-ci ildə Kiyev və Tbilisi qarşısında Buxarest sammitində götürdüyü öhdəliklərdən imtina edə bilməz . Bu öhdəlik gələcəkdə Gürcüstan və Ukraynanın alyansa qoşulmasına imkan verəcək. Məlumatı İtaliya mətbuatı yayır.
Luici Di Mayonun sözlərinə görə, İtaliya hökuməti Ukraynada hərbi eskalasiyanın qarşısını almağa çalışır, çünki bu humanitar, geosiyasi və iqtisadi baxımdan ağır nəticələrə səbəb ola bilər.
Onun sözlərinə görə, Moskva üçün “qırmızı xətt” olsa belə, NATO Ukrayna və Gürcüstanın üzünə qapını bağlaya bilməz.
“NATO, əlbətdə ki, “Açıq Qapı” prinsipindən və 2008-ci ildə Kiyev və Tbilisi qarşısında Buxarest sammitində götürdüyü öhdəliklərdən imtina edə bilməz . Bu öhdəlik gələcəkdə Gürcüstan və Ukraynanın alyansa qoşulmasına imkan verəcək” – deyə Luici Di Mayo bildirib.
Bununla yanaşı, İtaliyanın xarici işlər naziri qeyd edib ki, Ukraynanı NATO standartlarına yaxınlaşdırmalı olan daxili islahatlar prosesi hələ başa çatmayıb.