İtaliyanın Emilia-Romanya bölgəsində daşqınlar səbəbindən 1000-dən çox insan təxliyə edilib
İtaliyanın Emilia-Romanya bölgəsində daşqınlar səbəbindən 1000-dən çox insan təxliyə edilib

İtaliyanın Emilia-Romanya bölgəsində daşqınlar səbəbindən 1000-dən çox insan təxliyə edilib. Bu barədə “Reuters” məlumat yayıb.

KİV-in məlumatına görə, son 48 saat ərzində rayonda yağan leysan yağışları nəticəsində yaşayış evlərini su basıb, məktəblər bağlanıb, dəmir yolu hərəkəti dayandırılıb.

Milli Yanğınsöndürmə İdarəsinin məlumatına görə, Emiliya-Romanyada vertolyotlardan istifadə də daxil olmaqla 500-dən çox xilasetmə əməliyyatı həyata keçirilib.

Reuters agentliyinin məlumatına görə, Toskana və Marche bölgələrində də daşqınlar var.

Məlumat üçün bildirək ki, Avropanın mərkəzi və şərq hissəsində daşqınlar nəticəsində 24 nəfər ölüb. Budapeştdə Dunay çayının daşması səbəbindən şəhərin mərkəzini su basıb, ölkə parlamenti də su altında qalıb.