İtaliyanın Baş naziri İrakli Kobaxidzeni baş nazir vəzifəsinə təyin olunması münasibətilə təbrik edir
İtaliyanın Baş naziri Corcia Meloni İrakli Kobaxidzeni Gürcüstanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edir.
Corcia Meloninin təbrik məktubunda qeyd etdiyi kimi, İtaliya və Gürcüstan arasındakı tərəfdaşlıq, ilk növbədə, ümumi dəyərlər birliyinə əsaslanır. Bu, Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə güclü dəstəkdə öz əksini tapıb.
“İtaliya hökuməti və şəxsən öz adımdan sizi Gürcüstanın Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə təbrik etmək istərdim. İtaliya və Gürcüstan arasında tərəfdaşlıq bir sıra ümumi dəyərlər birliyinə əsaslanır və bu, ilk növbədə Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə güclü dəstəkdə öz əksini tapıb. Biz beynəlxalq nizamın bu fundamental prinsipinə zidd olan istənilən hərəkətə qarşı çıxmağa davam edəcəyik.
Baxışlarımızın eyniliyi İtaliyanın Aİ-yə gedən yolda Gürcüstanı dəstəkləməsi ilə də təmsil olunur ki, bu da ötən ilin dekabrında Avropa Şurası tərəfindən yekun olaraq tanınan üzvlüyə namizəd statusu ilə təsdiqlənir və bunun lehinə İtaliya daim müvafiq Avropa strukturları ilə işləyirdi.
Bu əsaslara istinadən, inanıram ki, bizi siyasi, iqtisadi və mədəni səviyyədə birləşdirən sıx əlaqələri dərinləşdirmək üçün birgə işləyə biləcəyik. Sizi bir daha səmimi qəlbdən təbrik edirəm və ehtiramımı bildirirəm”- İtaliyanın Baş nazirinin təbrikində qeyd olunub.