İtaliyanın Baş naziri Gürcüstanın Avropaya inteqrasiyasını dəstəklədiyini bir daha təsdiqləyib
İtaliya-Rumıniya hökumətlərarası iclasında İtaliyanın Baş naziri Corca Meloni, İtaliya və Rumıniyanın bir çox ortaq hədəfləri və baxışlarının olduğunu açıqlayıb.
O, onların arasında Moldova, Ukrayna və Gürcüstanın Avropa İttifaqına daxil olma prosesi ilə bağlı iki ölkənin ortaq mövqeyə malik olduğunu qeyd edib. Balkan ölkələrinin strateji əhəmiyyətini də vurğulayıb.
Corca Meloni və Marsel Çolaku 2024-cü ilin fevralın 15-də Romada İtaliya-Rumıniya hökumətlərarası iclası çərçivəsində görüşüblər. Onlar iki ölkə arasında münasibətləri, eləcə də dünyada baş verən prosesləri müzakirə ediblər. Görüşdə digər mühüm məsələlərlə yanaşı, Qərbi Balkan regionu və Aİ-nin genişlənməsi məsələsinə də diqqət yetirilib.