İtaliyadan qayıtmaq istəyən Gürcüstan vətəndaşları öz şəxsi göstəricilərini hotline.rome@mfa.gov.ge ünvanına göndərməlidirlər
İtaliyadan qayıtmaq istəyən Gürcüstan vətəndaşları öz şəxsi göstəricilərini [email protected] ünvanına göndərməlidirlər

İtaliyada olan və aviauçuşların dayandırılmasına görə, geri dönüş biletləri yanan Gürcüstan vətəndaşlarının vətənlərinə qayıtmalarını hökümət təmin edəcək, ancaq bunun üçün İtaliyadan qayıtmaq istəyən Gürcüstan vətəndaşları öz şəxsi göstəricilərini [email protected] ünvanına göndərməlidirlər  – bu barədə bəyanatı Gücüstanın Xarici işlər Nazirliyi yayır.

Nazirliyin dediyinə görə, aviauçuşların dayandırılması müvəqqətidir və sadəcə ölkədə virusun yayılmasının prevensiya tədbiridir.

Xatırladaq ki, Gürcüstan iqtidarının bu gün verdiyi qərarı ilə, İtaliya ilə aviauçuşlar müvəqqəti olaraq, dayandırıldı.