İtaliyanın şimal bölgəsinə doğru gedən yolçu qatarı relslərdən kənara çıxdı.
Yayılan məlumata görə, qəza nəticəsində iki nəfər həlak oldu, on nəfər isə ağır yaralanıb.
Reuters agentliyinin məlumatına görə, qəza Milan şəhərindən 40 kilometrlik məsafədə baş verib.
Milan-Venesiyayı birləşdirən dəmir yolu müvəqqəti olaraq, bağlanıb.
Qəzanın səbələri haqqında məlumat hələlik verilmir.